330x110
 

Qiymətli kağızlar üzrə əməliyyatların həcmi azalıb – 6 ayın hesabatı

06.07.2020,17:19


6 iyul, Fineko/abc.az. Bakı Fond Birjasında 2020-ci ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi açıqlanıb.

Birjadan ABC.AZ-a bildirilib ki, sözügedən dövrdə keçirilən əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə azalaraq 4 milyard 742 milyon 802 min manat təşkil edib.

Belə ki, 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 7 milyard 396 milyon 963 min manat təşkil etmişdi. Məlumatda qeyd olunub ki, 2020-ci ilin yanvar-iyun ayları üzrə dövlət qiymətli kağızların  ümumi təkrar bazar üzrə ticarət həcmində 112%, repo əməliyyatları üzrə isə 73% böyümə qeydə alınıb.

Müəllif: Elmir Murad