330x110
 

Baş Prokurorluqda yeni qurumlar yaradılıb – Əlavə müavin vəzifəsi təsis edilib

05.08.2020,14:22


5 avqust, Fineko/abc.az. Baş Prokurorluqda daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılaraq struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb.

ABC.AZ-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev videokonfrans formatında keçirilən geniş əməliyyat müşavirəsində bildirib.

O qeyd edib ki, idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib.

Baş Prokurorluğun yeni strukturuna uyğunlaşmanı təmin etmək məqsədilə Hərbi Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Bakı şəhər prokurorluğunun və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin də müasir çağırışlara cavab verən yeni strukturları təsdiq edilərək bəzi idarə və şöbələr ləğv edilməklə müasir tələblərə uyğun yeni struktur vahidləri yaradılıb, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilib.

Müəllif: Elmir Murad