Azərbaycan Maliyyə Nazirliyi 15 milyon manatlıq orta müddətli istiqrazlar satacaq

17:51 - 25.01.2018


25 yanvar, Fineko/abc.az. Bakı Fond Birjasında Azərbaycanın Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək.

Satışa cəmi 15 milyon manat həcmində istiqrazlar çıxarılacaq.

“Hər istiqrazın nominal dəyəri 100 manat,  tədavül müddəti 1092 gün, faiz gəliri 12% təşkil edəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər