Cari ildə 3 mlrd manat dəyərində Mərkəzi Bankın notları dövlət qeydiyyatına alınıb

16:08 - 20.08.2020


20 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında ölkədə 2 milyard 940 milyon manat dəyərində Mərkəzi Bankın notları, 425 milyon manat dəyərində dövlət istiqrazları, 496,7 milyon manat dəyərində korporativ istiqrazları, 129,7 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.

Qeyd olunur ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 2 milyard 68,3 milyon manatlıq Mərkəzi Bankın notları, 456,6 milyon manatlıq dövlət istiqrazları, 119,3 milyon manatlıq korporativ istiqrazları və 66,5 milyon manatlıq səhmlər yerləşdirilib. 2020-ci ilin ilk altı ayında nominal dəyəri 911,4 milyon manat olan korporativ istiqrazları, 200,6 milyon manatlıq Mərkəzi Bankın notları, 238,3 milyon manatlıq dövlət istiqrazları və 96,7 milyon manatlıq səhmlər tədavüldə olub.

 

Bütün xəbərlər