Saatlı xəstəxanasının direktoruna cinayət işi açıldı

11:43 - 28.08.2020


28 avqust, Fineko/abc.az. “Saatlı Rayon Mərkəzi Xəstəxanası”-nın direktoru Səidə Şahpələngovanın qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Saatlı Rayon Prokurorluğunun ABC.AZ-a daxil olan məlumatında bildirilir.

Araşdırmalar zamanı Səidə Şahpələngovanın direktoru olduğu xəstəxanada bəzi işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitini təyinatı üzrə istifadə etməyərək əsassız olaraq xərcləməsi, bəzi həkim və tibb bacılarının işə gəlmədiyi halda saxta tabel yazılmaqla onlara əməkhaqqı ödənilməsi məlum olub.

Faktlarla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Bütün xəbərlər