Daha bir bələdiyyə sədrinə cinayət işi açıldı – 3 min manata görə

16:42 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Lənkəran rayon Xanbulan bələdiyyəsinin sədri işləyən Kazım Məmmədovun 2019-cu ilin sentyabr ayında bələdiyyə sədri xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin Teymur Şahbazovun adına sənədləşdirilməsini öz üzərinə götürərək, bunun müqabilində sonuncudan 3 min manat məbləğində pul vəsaitini alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib imzası və sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməsi nəticəsində Teymur Şahbazovun hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Rayon prokurorluğundan ABC.AZ-a verilən məlumata görə, araşdırmalarla Kazım Məmmədova Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

 

Bütün xəbərlər