Yolların açılması regionlardakı hotellərdə qiymətləri bahalaşdırıb – Açıqlama

14:56 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Regionlardakı hotellərdə qiymət bahalaşması demək olar ki, yoxdur. Yalnız həftənin son günlərində az qiymət fərqləri müşahidə olunur.

ABC.AZ trend-ə istinadən xəbər verir ki, bunu  Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, sentyabrın 8-dən regionlara gediş-gəliş məhdudiyyəti götürülüb: “Vətəndaşlarımız öz istirahətlərini regionlarda keçirə bilərlər. Hotellər açıqdır və müştəriləri gəbul edirlər. Ötən həftənin şənbə-bazar günlərində regionlardakı hotellərdə demək olar ki, boş yer yox idi”.

 

Bütün xəbərlər