330x110
 

Rezidenturaya qəbulun 2-ci mərhələsi keçiriləcək – İki şəhərdə

16.09.2020,11:00


16 sentyabr, Fineko/abc.az. 18 sentyabr 2020-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

ABC.AZ xəbər verir ki, imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 15:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 14:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.