Gürcüstandakı invesitisiyamız geri çəkildi - Böyük məbləğ

12:12 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 22,7 milyon ABŞ dolları məbləğində investisiyanı geri çəkib.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, bunun 13,9 milyon dolları yanvar-mart, 5,1 milyon dolları aprel-iyun, 3,7 milyon dolları isə iyul-sentyabr aylarının payına düşüb.

9 ay ərzində Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 24% azalaraq 719 milyon dollara bərabər olub.

 

Bütün xəbərlər