Dövriyyəyə Qarabağ istiqrazları buraxıla bilər

12:33 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Azərbaycanda əhalidəki pulun dövriyyəyə cəlb edilməsi ilə bağlı müxtəlif mexanizmlər var.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, hökumətdə yeni mexanizmin hazırlığı da gedir: “Bu, Qarabağ istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı olacaq. İnanıram ki, bu addım ən qısa zamanda öz effektini verəcək”.

 

Bütün xəbərlər