On bir ayda Azərbaycana ən çox hansı nəqliyyatdan istifadə edib? – Hesabat

14:44 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin 11 ayı üzrə Azərbaycana gələn əcnəbilərin azaldığını açıqlayıb.

ABC.AZ-a hesabata istinadən xəbər verir ki, ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 22,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,8 dəfə azalaraq 105,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 dəfə azalaraq 259,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 %-i dəmir yolu və avtomobil, 27,9 %-i hava, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

 

Bütün xəbərlər