AMB-nin qısamüddətli notları üzrə sifarişlərin məbləği 800 milyon manatı ötdü

17:08 - 7.03.2018


7 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notlar yerləşdirib.

Bakı Fond Birjası xəbər verir ki, martın 7-də AMB  50101067S ISIN kodlu notlar satıb. Notlar, 150 milyon manat həcmində 28 gün müddətinə təklif olunmuşdur.

20 investordan  830 864,7 min manat məbləğində notların alışına dair 26 sifariş göndərilmişdir. İnvestorlar notlar üçün 99,3812 manat təklif etmişdirlər (illik gəlirlilik 8,01%).

Mərkəzi Bankın qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,3812 manat səviyyəsində müəyyən edilmişdir (gəlirlilik 8,01%).  Orta  ölçülmüş qiymət də eyni səviyyədə olmuşdur.

Nəticədə 150 milyon manat məbləğində notlar yerləşdirilmişdir.

 

Bütün xəbərlər