330x110
 

İcra hakimiyyəti ilə Bank arasında çəkişmə - İş məhkəmədədir

08.04.2021,10:18


8 aprel, Fineko/abc.az. Bakı şəhərinin İcra Hakimiyyəti tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, Bank Melli İran Bakı Filialına məxsus 9 milyon 295 min 963 manat xalis dəyərində bina sökülüb.

Bu fakt qeyri-ənənəvi ticarət alacağı məbləğinin yaranmasına səbəb olub.

Bu, Bankın 2020-ci il üzrə Maliyyə Hesabatında bildirilir. Hesabtada qeyd edilib ki, tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər.

“Buna baxmayaraq, Bankın Rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcəkdir. Hazırda Bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır" deyə məlumatda bildirilir.