“Şahdağ” dağ-xizək mərkəzi 120 mindən çox turistə xidmət göstərib

16:31 - 28.03.2018


28 mart, Fineko/abc.az. “Şahdağ” Turizm Mərkəzi, 2017-2018-ci il qış mövsümünün bağlanmasını elan etdi.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir ki,  kurortda qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayından aprel ayına kimi davam edi.

“Cari mövsümdə mərkəzi 120 mindən çox turist ziyarət edib ki, bu da kurortun fəaliyyəti  ərzində rekord göstəricidir. Mərkəzə gələnlərin 50% -i əsasən BƏƏ, Rusiya, Səudiyyə Ərəbistanı, Qatar, Böyük Briyaniya və Küveytdən olan xarici turistlərdir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, kurortun ərazisində, artıq yay mövsümünə hazırlıq üzrə işlər aparılır.

 

 

Bütün xəbərlər