Trendyol 1,5 milyard dollarlıq yeni sərmayə cəlb edib

12:29 - 9.08.2021


9 avqust, Fineko/abc.az. Türkiyənin Trendyol şirkəti 1,5 milyard dollarlıq yeni sərmayə cəlb edib.

ABC.AZ marja-ya istinadla xəbər verir ki, yeni sərmayə ilə şirkətin dəyəri 16,5 milyard dollara çatıb.

Yeni investisiya ABŞ-ın sərmayə fondu "General Atlantic", dünyanın ən böyük texnologiya şirkətlərinə sərmayə qoyan Yaponiya qurumu "SoftBank Vision Fund 2", Almaniyanın "Princeville Capital" şikəti, ADQ (Birləşmiş Ərəb Əmirlikləri) və Qatar Sərmayə Agentliyi (QIA) tərəfindən yatırılıb.

Trendyol, 10 milyard dollar dəyəri aşan ilk Türkiyə texnologiya şirkəti olub.

Trendyol-un əsas sərmayəçisi Alibaba da bu ilin əvvəlində şirkətə 350 milyon dollar əlavə sərmayə yatırmışdı.

 

Bütün xəbərlər