Yeni turizm məhsulları arasında ilk yeri ekoturizm tutur

14:40 - 10.08.2021


10 avqust, Fineko/abc.az. “Azərbaycanda ehtiyac duyulan yeni turizm məhsullarının siyahısı hazırlanıb. Bunun üçün ölkədəki 20 ən böyük turizm təşkilatı ilə məsləhətləşmələr aparılıb”.

Bunu Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndəsi Şərqiyyə Həsənova deyib.

Ş.Həsənova  bildirib ki,: “Lazımi turizm məhsulları arasında ilk yeri ekoturizm tutur. Biz qonşu ölkələrin bu sahədə təcrübəsini öyrənmək üçün bir neçə ay vaxt sərf etdik. Həmçinin dağ-meşə turizmi də tələb olunan məhsullardan idi ki, biz Avropa təcrübəsini öyrənib onu tətbiq etməyə başlamışıq”.

 

Bütün xəbərlər