"Apple"ın səhmləri ucuzlaşdı - Yeni modelin təqdimatından sonra

10:00 - 15.09.2021


15 sentyabr, Fineko/abc.az. "Apple" şirkətinin səhmləri şirkətin yeni smartfon və planşet modellərinin təqdimatından sonra 1,48% ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, bir səhmin qiyməti ticarətin açılışındakı 150,35 dollardan 148,12 dollara düşüb və enişin başlanğıcı təxminən təqdimatın başlaması ilə üst -üstə düşüb.

Qeyd edək ki, Apple illik payız təqdimat mərasimində yeni smartfonlar seriyasının inkişaf etmiş versiyalarını - 6.1 düymlük iPhone 13 Pro və 6.7 düymlük iPhone 13 Pro Max modellərini təqdim edib.

Şirkət həmçinin yeni nəsil iPad və ağıllı saatlarını da təqdim edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər