“Silk Vey Vest Aviaşirkəti”nin istiqrazlarına 26 investor müştəri çıxdı

15:47 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Bu gün Bakı Fond Birjasında (BFB) “Silk Vey Vest Aviaşirkəti” MMC-nin tədavül müddəti 3 təqvim ili olan AZ2002023516 dövlət qeydiyyat nömrəli, 10 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, hərrac zamanı 26 investor tərəfindən 36 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 5 %, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 14,002,000 ABŞ dolları, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000 ABŞ dolları təşkil etmişdir.

 

Bütün xəbərlər