Aĺi məktəblərə sənəd qəbulu yenidən aktivləşdi

11:46 - 6.04.2022


6 aprel, Fineko/abc.az. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

DİM-dən ABC.AZ-a verilən məlumata görə, aşağıdakı kateqoriyadan olan abituriyentlər aprelin 6-dan 25-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər.

Bu il buraxılış imtahanı vermiş, lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;

Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları. Bu abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə bilərlər.

Qeyd edək ki, ərizə qəbulu martın 18-də başa çatmışdı.

Bütün xəbərlər