İlham Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrini təyin etdi

08.05.2018,10:25


8 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrini təyin etdi.

Dövlət başçısının sərəncamına əsasən, Agentliyin sədri İmanov Kamran Sultan oğlu təyin edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan  prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

 

Açar sözlər: Əqli Mülkiyyət Agentliyi