Rusiya 398 ABŞ konqresmenini qara siyahıya salıb - Sanksiya tətbiq etdi

11:05 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Rusiya Vaşinqtonun oxşar hərəkətlərinə cavab olaraq 398 ABŞ konqresmeninə qarşı sanksiya tətbiq edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sanksiyaya məruz qalan amerikalı siyasətçilərin siyahısı nazirliyin saytında dərc olunub.

“Martın 24-də Con Bayden administrasiyasının Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının 328 deputatına qarşı tətbiq etdiyi anti-Rusiya sanksiyalarının növbəti dalğasına cavab olaraq, ABŞ Nümayəndələr Palatasının 398 üzvünə qarşı sanksiya tətbiq edilir”, - bəyanatda deyilir.

Bütün xəbərlər