“Azərbaycan Beynəlxalq bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

27.05.2022,16:05


27 may, Fineko/abc.az. İyunun 1-də “Bakı Fond Birjası" QSC-də (BFB) “Azərbaycan Beynəlxalq bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ  BFB-yə istinadən xəbər verir ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd, yəni 20 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqraz premium bazar seqmentində listinqə daxil edilib.

Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.