"Hafka" kimi tanınan iş adamı yenidən həbs oluna bilər

11:50 - 7.06.2022


7 iyun, Fineko/abc.az. Prokuror tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs-qətimkan tədbirinin dəyişməsi ilə bağlı qərardan protest verib.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, Hafiz Məmmədov barəsində qüvvədə olan qətimkan tədbirinin ləğv edilərək yenidən həbs-qətimkan tədbiri ilə əvəz olunması tələb olunub.

Bakı Apellyasiya Məhkəməsi protesti araşdıraraq qərar qəbul edib.

Məhkəmə prokurorun tələbi üçün kifayət qədər əsaslar olmadığı qənaətinə gələrək protesti təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bütün xəbərlər