Azərbaycanlı şagird rekord nəticə ilə Türkiyə universitetinə qəbul oldu

16.06.2022,10:34


16 iyun, Fineko/abc.az. Azərbaycanlı məktəbli Şükran Mikayılzadə Türkiyə universitetlərinə qəbul üçün keçirilən imtahanlarda rekord nəticə əldə edib.

ABC.AZ ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Ş.Mikayılzadənin anası Lətafət Əliyeva məlumat verib.

O bildirib ki, bu il Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin 11-ci sinifini başa vuran Şükran Marmara Universitetinə keçirilən qəbul imtahanında 98,43 bal toplayıb.

Bu, dünya üzrə rekord nəticədir. Belə ki, Ş.Mikayılzadə Marmara Universitetinə dünyanın müxtəlif ölkələrindən imtahan verənlər arasında ən yüksək nəticə göstərib.

L.Əliyeva qızının qəbul olduğu universitetin illik təhsil haqqının bir qədər yüksək olduğunu deyib: "Həmin universitet Türkiyənin sayılıb-seçilən ali təhsil müəssisələrindən biridir. Azərbaycandan cəmi bir nəfər ən yüksək bal toplayan çəxs qəbul edilir. Təhsil haqqının ödənilməsi üçün dövlət proqramına da müraciət edəcəyik. Əgər burs düşsə, oxutmaq bizə rahat olacaq".