Türkiyə şirkəti Sumqayıtda biznes mərkəzi tikir - Foto

11:46 - 21.07.2022


21 iyul, Fineko/abc.az. Türkiyənin "4MAPS Bilgi Teknolojileri" şirkəti Sumqayıtda sənaye parkının ərazisində (1,5 hektar) 7 mərtəbəli biznes mərkəzi tikəcək.

ABC.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda qeyd edilib.

Şirkət “Tədqiqat və təkmilləşdirmə, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” ilə məşğul olacaq. Mərkəzin investisiya dəyəri 10 milyon manatdır, 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

“4MAPS Bilgi Teknolojileri” “Apple Maps” tətbiqinin – “Here Technologies” proqramının MDB, Yaxın Şərq və Azərbaycanda, “Yandex Maps” tətbiqinin isə Azərbaycanda təmsilçisidir.

Layihənin Azərbaycanda həyata keçirilməsi ilə Şərqi Avropa, Gürcüstan, MDB ölkələri və Mərkəzi Asiya üçün Kart Yaratma Mərkəzi (prosessinq mərkəzi) fəaliyyət göstərəcək.

Bütün xəbərlər