330x110
 

Gürcüstanda bir gündə 337 yoluxma - 10 nəfər öldü

26.02.2021,15:14


26 fevral, Fineko/abc.az. Son 24 saatda Gürcüstada 337 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 320 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 270.137 nəfərə çatıb.

Onlardan 264.047 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 10 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3485 nəfər həyatını itirib.