Dünya Bankı Ukraynaya 4,5 mlrd. dollarlıq yardım edəcək

10:48 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Dünya Bankı ABŞ-dakı fondların dəstəyi ilə Ukraynaya 4,5 milyard dollarlıq yeni yardım tranşı ayırıb.

ABC.AZ Bankın məlumatına istinadla xəbər verir ki,  yardımda məqsəd Ukrayna hökumətinin müharibə nəticəsində yaranan ehtiyacını ödəməkdir. Yardım ilk növbədə yerli hakimiyyət orqanlarının sosial xərcləri ödəməsi üçün nəzərdə tutulub.

ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, yardımın ilk 3 milyard dollarlıq hissəsi avqustun sonunadək Ukraynanın hesabına köçürüləcək.

Bütün xəbərlər