İslahatlar olsa Azərbaycanda adambaşına gəlir 15 min dollar olacaq - Dünya Bankı rəsmisi

14.09.2022,17:12


14 sentyabr, Fineko/abc.az. Azərbaycanda iqtisadi artım 4 faizə yaxın ola bilər.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan hökuməti və Dünya Bankı Tərəfdaşlığının 30 illiyi münasibəti ilə Bakıda keçirilən Forumda Dünya Bankı rəsmisi Ayhan Köse bildirib.

O hansı halda bu artım baş verə bilər deyə sual ünvanlayıb və bildirib ki, bunun üçün müəyyən islahatlar aparılmalıdır.

"Söhbət hansı islahatlardan gedir?. Əlbəttə ki, məhsuldarlığın artırılmasına yönəlmiş islahatlar lazımdır. Bu iqtisadi artıma elə çox müsbət təsir edəcək. Demoqrafik problem əslində Azərbaycanın xeyrinə ola bilər. Çünki bu insan kapitalına yönəlmiş investisiyanın və həmçinin işçi qüvvəsində qadınların payının artırılmasını tələb edir. Bunun nə kimi faydası ola bilər?. Nəticədə adambaşına düşən gəlir 10 min və 15 min dollar ola bilər. İndiki vəziyyətdə də artım davam edəcək, amma gec tez bu artım tükənəcək".

Müəllif: Elmir Murad