Qeyrineft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 22,5 faiz artıb - Nazir

15:07 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Qeyrineft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi bu ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% artıb.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu, iqtisadi artımın davamlı olması və işgüzar fəallıq üçün mühüm göstəricidir.  Bu göstərici 2021-ci ilin yanvar-avqust aylarında 2020-сi ilin eyni dövrünə nisbətən 11,3% aşağı idi.

Bütün xəbərlər