Gürcülər rusların ölkəyə axışından narahatdır - Mənzillər bahalaşıb, iş yerləri azalır

14:11 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. Ukraynada müharibənin başlaması ilə əlaqədar Rusiyada qismən səfərbərliyin elan olunması rusların Gürcüstana kütləvi axın etməsinə gətirib çıxarıb. Şimal qonşumuzdan Gürcüstana axın edənlər əsasən müharibədə iştirak etmək istəməyənlər və ya Rusiyaya tətbiq edilən sanksiyadan sonra işini bu ölkəyə daşımaq istəyən insanlardır.

ABC.AZ xəbər verir ki, bu barədə "İtv Xəbər"də Gürcüstandan hazırlanmış süjetdə qeyd edilib.

Süjetdə Gürcüstana köçmüş rusların fikirləri öyrənilib.

Mikrafona danışan ruslar bildirib ki, onlar kiməsə güllə atmaq istəmir, müharibə iştirakçısı olmaq arzusunda deyillər. Bəziləri isə qeyd edib ki, ölkələrində siyasi olduğu kimi iqtisadi və sosial durum da pisləşir, ona görə də Tiflisə gəlməyə məcbur olublar.

Qeyd olunub ki, rusların ölkəyə gəlişi daşınmaz əmlak bazarını canlandırıb. Qiymətlər anidən xeyli bahalaşıb.

Gürcülər narahatdır ki, rusların kütləvi axını gələcəkdə iş yerlərinin də məhdudluğuna və azalmasına gətirib çıxaracaq. Bu səbəbdən gürcülər həyəcan təbili çalır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər