"Unibank"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

24.11.2022,16:52


24 noyabr, Fineko/abc.az. 21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

ABC.AZ BFB-dən daxil olan məlumata görə, hərrac 30 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında həyata keçiriləcək.

Söhbət sayı 12 000 ədəd faizli təmin edilməmiş sənədsiz, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, tədavül müddəti 6 il və kupon faizlərinin ödəniş müddəti 90 gündən bir olan istiqrazlardan gedir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.