14:41 - 6.12.2022
6 dekabr, Fineko/abc.az. SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Çinin “Huawei” şirkəti arasında “Huawei IT Akademiyası”nın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
ABC.AZ xəbər verir ki, imzalanma mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov dünyanın aparıcı telekommunikasiya şirkətlərindən biri olan “Huawei” şirkətinin bu Akademiyanı Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində yaratmasından məmnunluğunu ifadə edib.
Eyni zamanda “Huawei Technologies Azerbaijan” MMC-nin Baş direktoru David Şü Bakı Ali Neft Məktəbi ilə faydalı əməkdaşlıq həyata keçirildiyini bildirib və imzalanan bu müqavilə ilə əməkdaşlığın daha da inkişaf edəcəyini vurğulayıb. O deyib ki, dünyanın müxtəlif ölkələrində 1900-dən çox “Huawei IT Akademiyası” fəaliyyət göstərir və Bakı Ali Neft Məktəbi bu istiqamət üzrə Azərbaycanda ilk tərəfdaşdır: “Huawei IT Akademiyası” Azərbaycanda ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində fəaliyyət göstərəcək”.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024