Ərdoğanın bu qədər əmlakı var - Prezidentin mal varlığı açıqlandı

11:05 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Türkiyənin yenidən seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın mal varlığının siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Rəsmi Qəzet”də məlumat dərc olunub. Məlumatda qeyd edilib ki, Prezident seçkilərinin yekun nəticələri ilə bağlı Yüksək Seçki Qurumunun (YSK) Rəyasət Heyətinin qərarında prezident və AK Partiya sədri Tayyib Ərdoğanın əmlak bəyannaməsi də yer alıb. Sözügedən bəyannamədə Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın şəxsiyyət məlumatları, daşınmaz və daşınar əmlak məlumatları, bank və qiymətli kağızlar, borc-kredit məlumatları yer alıb.

Siyahıya əsasən, Ərdoğana məxsus daşınmaz əmlakların siyahısı belədir:

Güneysu-Dumankaya Kəndi 2 min kvadrat metr torpaq (qiyməti 10 min TL) Alınma tarixi :1988

Üsküdar- Kısıklıda bir evin yarı payı – (dəyəri 7 milyon 695 min TL) Alınma tarixi: 2019

Banklar və qiymətli kağızlar haqqında məlumat:

Albaraka Türk Mərkəz şöbəsində 1 milyon 346 min 614 lirə 53 qəpik,

Albaraka Türk Altunizadə şöbəsində 96 min 723 lirə 55 qəpik,

Ziraat İştirak Bankında 411 min 541 135 lirə,

Debet-kredit məlumatları:

Kreditorun adı və soyadı: Mustafa Erdoğan, Məbləğ: 5 milyon 390 min lirə.

Bütün xəbərlər