Bu ölkənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 172% artıb

16:17 - 9.06.2023


9 iyun, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan iqtisadiyyatına 2023-cü ilin ilk rübündə $54.34 mln. investisiya yatırıb.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da illik müqayisədə 172% artım deməkdir.

2022-ci ilin eyni dövründə Azərbaycan iqtisadiyyatına BƏƏ tərəfindən investisiya yatırımının həcmi $20 mln. idi.

Cəm olaraq isə Azərbaycan iqtisadiyyatına investisiya yatırımının həcmi $1.5 mlrd. olub.

Bütün xəbərlər