Avtomobil şüşəsinin necə kəşf olundugunu bilirsinizmi ?

17:25 - 5.07.2018


5 iyul, Fineko/abc.az. 1903-cü ildə fransız kimyaçı və fiziki Eduard Benedikt növbəti təcrübəsini apararkən təsadüfən kolba (sınaq şüşəsi) əlindən yerə düşür. Benedikt yerə düşən kolbanın sınmadığını, sadəcə çatladığını görür və bu ona çox təəccüblü gəlir. Kolbanı diqqətlə incələməyə başladıqda məlum olur ki, şüşənin dibi bütünlüklə nitrosellülozanın qurumuş qatı ilə örtülüdür. Bu hadisə sınmayan, davaml şüşəni yaratmağın mümkün olduğu fikrini təsdiqləyir.

Həmin dövrlərdə sürətlə avtomobil istehsalının artması ilə yanaşı, avtoqəzalar zamanı şüşə qırıntıları ilə ağır və bəzən ölümcül yaralanma halları da artırdı. Gündəlik qəzetlərin birində növbəti avtomobil qəzası və qəzada ölüm hadisəsini oxuyan Benedikt avtomobillər üçün sınmayan şüşə hazırlamaq qərarına gəlir. O, iki şüşə lövhəsini sellüloza qatı ilə yapışdırır və alınan şüşəni “tripleks” adlandırır.

Lakin bu şüşə avtomobillər üçün nəzərdə tutulsa da, patent aldığı ilk illərdə başqa məqsədlə istifadə edildi. Belə ki, Ilk dəfə tripleks I Dünya müharibəsi illərində əleyhqaz geyimlərində gözlük istehsalında istifadə edildi.

Daha sonra 1927-ci ildə Henri Ford öz avtomobillərində sınmayan “tripleks” şüşələri istifadə etməyə başlamışdır. 

Daha sonra isə bu şüşələr tikintidə də istifadə edilməyə başladı.