Bu şəhərlərdə rezidenturaya qəbul imtahanı olacaq – Tarix

16:19 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Rezidenturaya qəbul imtahanlarını vaxtı açıqlanıb.

ABC.AZ xəbər verir ki, Bakı və Naxçıvan şəhərlərində imtahanların 1-ci mərhələsi avqust ayının 5-də keçiriləcək. Namizədlər imtahanda iştirak etmək üçün bir sıra sənədlər gətirməlidir.

-  imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni;

-  “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni;

-  şəxsiyyəti təsdiq edən sənədin əslini. 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.  

 

Bütün xəbərlər