20 şəhər və rayonda imtahan olacaq – Bu tarixdə

14:37 - 27.07.2020


27 iyul, Fineko/abc.az. Növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, imtahanlar respublikanın 20 şəhər və rayonunda təşkil olunacaq.

İmtahanlar saat 11:00-da başlanır, start götürməsinə 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

 

Bütün xəbərlər