Bugündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

10:20 - 18.08.2020


18 avqust, Fineko/abc.az. Bugündən dən dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilir.

Bu barədə ABC.AZ-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunur ki, valideynlər mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

 

Bütün xəbərlər