Azərbaycan torpaqlarını azad etmək üçün çox əzm göstərir – Ərdoğan

17:01 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Ədaləti və bərabərliyi müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq.

ABC.AZ-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi Forumunun açılışında çıxış edərkən bildirib.

Ermənistanın Azərbaycana hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində gərgin toqquşmaların getdiyini xatırladan qardaş ölkənin lideri qeyd edib ki, qərarlar və çağırışlara baxmayaraq, Ermənistan bu torpaqlardan çəkilmədi: "Minsk qrupu isə problemi həll etmək üçün iradə göstərmədi. Ermənistanın uzlaşmaya getməyən və şıltaq münasibəti sayəsində 30 ildir qanqrenaya çevrilən bu problemin həlli işğalın sonudur. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunma şansı artıq yoxdur. Görürük ki, Azərbaycan torpaqlarını azad etmək üçün çox əzmlidir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər