17:31 - 5.11.2020
5 noyabr, Fineko/abc.az. “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Martoyan Armen Hamletoviç (Samvel) və digərlərinin Azərbaycana qarşı törətdiyi cinayət əməllərinə dair Azərbaycan Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparııb.
Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, araşdırmalarla qeyd olunan “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Rusiya Federasiyasının vətəndaşı Martoyan Armen Hamletoviç (Samvel ləqəbli) və həmin qruplaşmanın digər üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə, həmçinin qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycanın dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.
Faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024