Bakıda 4 məktəbdə tədris bərpa olundu

10:19 - 29.03.2021


29 mart, Fineko/abc.az. Martın 29-dan paytaxtdakı 59, 98, 274 və 320 nömrəli tam orta məktəblərdə əyani tədris prosesi bərpa olunub.

ABC.AZ Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Bütün xəbərlər