AMEA-nın debitor borcu barədə Baş Prokurorluğa təqdimat verildi

05.04.2021,16:42


5 aprel, Fineko/abc.az. Hesablama Palatası 2019-cu ilin İş planına uyğun olaraq həyata keçirilən nəticələrinə hesabat ilində baxılan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun 2020-ci il hesabatında bildirilir.

Qeyd olunub ki, zəruri məlumatlar Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib, lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib.