Bu Agentliyin nizamnamə kapitalı azaldılıb

10:27 - 18.06.2021


18 iyun, Fineko/abc.az. KOBİA-nın şirkətinin nizamnamə kapitalı 45% azaldılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC-nin nizamnamə kapitalı 2 milyon manat və yaxud 44,45% azaldılıb.

Şirkətin kapitalı 4,5 milyon manatdan 2,5 milyon manata endirilib.

Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib.

Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

 

Bütün xəbərlər