Qarabağ iqtisadi rayonunda kredit qoyuluşu 238 milyon manata çatıb

12:32 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. Cari ilin oktyabrın 1-nə Qarabağ iqtisadi rayonunda kredit qoyuluşu 238 milyon manata çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Bildirilir ki, qoyulan  kreditlərin ən böyük həcmi Bərdə rayonunun payına düşür , 118,6 milyon manat. Daha sonra sırada Ağcabədi (55,5 milyon manat), Ağdam (25,5 milyon manat), Tərtər (19,5 milyon manat) və Füzuli (18,9 milyon manat) rayonları gəlir.

 

Bütün xəbərlər