Dövlət Komitəsi “Diamond Motors” şirkətini cərimələdi

16:02 - 11.11.2021


11 noyabr, Fineko/abc.az . Dövlət Gömrük Komitəsi Azərbaycanda yapon avtomobil markasınının satışını həyata keçirən “Diamond Motors” şirkəti barəsində inzibati xəta protokolu tərtib edib

ABC.AZ-ın məlumatına görə, sözügedən protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə yazılıb və Abşeron Rayon Məhkəməsinə göndərilib. İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Bütün xəbərlər