Dövlət şirkətindən 60.4 mln. manatlıq kapital geri çəkilir

17:08 - 19.11.2021


19 noyabr, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı istehsal vasitələri ilə təmin edilməsini həyata keçirən dövlət şirkəti “Aqroservis” ASC-nin nizamnamə kapitalı azaldılıb.

Xəbər verilir ki, aqrar şirkətin nizamnamə kapitalının həcmi 60 377 368 manat, yaxud 14.7% azaldılıb.

Bununla da, şirkətin nizamnamə kapitalı 411 976 466 manatdan 351 599 098 manata endirilmişdir.

“Aqroservis” ASC, 2020-ci ilin avqustuna qədər “Aqrolizinq” ASC adlandırılırdı. Həmin tarixdə Azərbaycan Prezidenti fərman imzalayaraq, dövlət qurumunun adını dəyişmiş, şirkətin linzinqlə bağlı səlahiyətlərini AKİA-ya ötürmüşdü.

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.

© Banker

Bütün xəbərlər