İstanbula uçacaq ermənilər "hava vergisi”ndən azad ediləcək

26.01.2022,17:10


26 yanvar, Fineko/abc.az. İrəvan-İstanbul-İrəvan reysinin sərnişinləri 3 il müddətinə “hava vergisi”ndən azad ediləcək.

ABC.AZ xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, bu cür güzəştlər son 12 ay ərzində uçuş həyata keçirilməyən istiqamətlər üzrə reys təşkil etməyə başlayan aviaşirkətlərə təqdim edilir. 29 mart 2009-cu il tarixindən etibarən Ermənistandan gedən bütün şəxslər bilet alarkən onlardan “hava vergisi” tutulur.

Vergi biletin qiymətinə daxil olur. Qeyd olunur ki, “hava vergisi” Ermənistanda 10 ildən artıqdır ki, qüvvədədir və aviabiletlərin qiymətinə daxil olan 10 000 dram (təxminən 20,9 dollar) sabit tarifdir.