Ukraynada Belarus və Rusiyadan dərman idxalına qadağa qoyuldu

12:26 - 23.05.2022


23 may, Fineko/abc.az. Ali Rada Rusiya və Belarusdan dərman preparatlarının idxalına qadağa qoyub

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri yazıb.

Qeyd edilib ki, Ali Rada Rusiya və Belarusdan dərman preparatlarının idxalını qadağan edən qanun layihəsini təsdiqləyib.

Ukrayna artıq Rusiyadan dərman idxalına qadağa qoyub. Buna baxmayaraq, təşəbbüs müəllifləri hesab edirlər ki, Rusiya müəssisələrində istehsal olunan dərmanlar hələ də ölkəyə daxil ola bilər. Məsələn, zavod xarici şirkətə aiddirsə, lakin Rusiya Federasiyasında yerləşirsə, bu baş verə bilər.

Müvafiq qanun layihəsi aprelin 25-də Radaya təqdim edilib. Martın 20-də isə Ukrayna Səhiyyə Nazirliyi istehsalçıları Belarusda hüquqi ünvanı və ya iş yeri olan 39 dərman vasitəsinin ölkədə satışını və istifadəsini qadağan edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər