Bakı Fond Birjası hesabat verdi

15:01 - 2.06.2022


2 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında 01.01.2022-31.05.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 415 milyon 756 min manat təşkil edib.

Birjadan ABC.AZ-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 205%, repo əməliyyatları üzrə 25 %, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 552%, ümumi ticarət həcmində isə 8% artım qeydə alınıb.

2022-ci ilin may ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 138 milyon 166 min manat təşkil edib.

Bütün xəbərlər