Sabiq nazir bu tarixdə məhkəmə qarşısına çıxacaq

20.07.2022,17:20


20 iyul, Fineko/abc.az. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsinin vaxtı məlum olub.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 1-ə təyin edilib. Cinayət işi hakim Faiq Qəniyevin icraatında araşdırılacaq.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazir məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.